“Ukrayna Silahlı Qüvvələrinin Zaporoje atom elektrik stansiyasına davam edən atəşi intihar deməkdir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Kiyev rejiminin davranışına gəlincə, bunu əsl intihardan başqa bir şey adlandırmaq mümkün deyil. Stansiyaya sonsuz hücumlar, nüvə obyektinə birbaşa təhdidlərin yaradılması - bu, təkcə dağıdıcı və təhlükəli deyil, həm də, bir daha vurğulayıram, intihardır”, - diplomat qeyd edib.
Zaxarova BMT baş katibi Antonio Quterreşdən də sitat gətirib. O, BMT rəhbərinin də AES-ə istənilən hücumu “intihar” adlandırdığını söyləyib.
Qeyd edək ki, Ukrayna və Rusiya qarşılıqlı şəkildə bir-birini Zaporoje AES-i atəşə tutmaqda ittiham edir.