Bu gün Ermənistan Baş nazir Nikol Paşinyanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Teleqraf.com səbər verir ki, tərəflər Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanmasının 25-ci ildönümü münasibətilə bir-birini təbrik ediblər
Tərəflər qarşılıqlı faydalı Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin bundan sonra da müxtəlif sahələrdə səmərəli şəkildə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Nikol Paşinyan və Vladimir Putin Ermənistan-Rusiya gündəmində olan bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyətə də toxunulub. Xüsusilə, 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi vurğulanıb.