29 Avqust 2022 20:04
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın baş naziri Mustafa əl-Kazımi paytaxt Bağdadda etiraz aksiyalarının qarşısının alınması üçün güc strukturlarının yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə tapşırıq verib.

Teleqraf.com-un məlumatına görə, bu barədə yerli KİV-lər yazır.

Qeyd olunur ki, təhlükəsizlik qüvvələrinin ehtiyat bölmələrinə də öz hissələrinə qayıtmaq əmr edilib.

Xatırladaq ki, Bağdadda siyasi xadim Müqtəda əs-Sədrin siyasi fəaliyyətinə son verməsi barədə qərarından sonra onun tərəfdarlarının etirazı başlayıb. Etirazçıların Respublika sarayına daxil olduğu bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər