30 Avqust 2022 10:35
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nüvə silahları müharibə obyekti ola bilməz”.

Teleqraf.com xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Polşa Baş naziri Mateuş Moravietski Fransa prezidenti Emmanuel Makronla həm Rusiya-Ukrayna müharibəsini, həm də atom enerjisini müzakirə etmək üçün Parisə gəlib.

İkitərəfli görüşdən əvvəl açıqlama verən Mateuş Moravietski deyib ki, Rusiya Ukraynaya hücum edərək böyük böhrana səbəb olub: “Bu, yəqin ki, başlanğıc böhranıdır. Sözün tam mənasında iqtisadi və siyasi böhran bizim təhlükəsizlik və enerji məsələlərinə təsir edir. Bütün problemlərin öhdəsindən birlikdə gəldiyimiz bir dövrdəyik”.

Makron iki ölkə arasındakı əlaqələrdən danışaraq bildirib ki, nüvə silahı müharibə obyekti ola bilməz: “Bu, bizi əvvəlkindən daha sıx əməkdaşlığa gətirib çıxardı. Bir daha demək istəyirəm ki, biz bu müharibə zamanı Ukraynanı birlikdə dəstəkləməkdə qərarlıyıq”.


Müəllif: Nemət