30 Avqust 2022 12:35
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın paytaxtı Tripolidə avqustun 26-da başlayan və 32 nəfərin ölümü ilə nəticələnən qarşıdurmalardan sonra Tobruk mərkəzli qüvvələrin lideri Fəthi Başağa haqqında həbs qərarı çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Liviya Müdafiə Nazirliyinin hərbi prokuroru general-mayor Məsud Erhume ölkənin bütün təhlükəsizlik qüvvələrinə yazılı əmr göndərərək Başağanın həbs olunmasını tələb edib.

Həbs edilməsi tələb edilən adlar arasında Tripolidəki Milli Birlik Hökumətinin rəhbəri Əbdülhəmid Dibeybənin mayın 17-də vəzifəsindən azad etdiyi Hərbi Kəşfiyyat İdarəsinin rəisi Usamə Cuveyli də var.

Dibeybə bildirib ki, son hadisələrə görə məsuliyyət daşıyanlar ədalətə təslim ediləcək.

Qeyd edək ki, ötən gün Fəthi Başağanın komandanlığındakı qüvvələr Tripoliyə girmək istəyib və Dibeybə hökumətinin hərbçilərinin cavab atəşi nəticəsində paytaxtda şiddətli toqquşmalar baş verib.


Müəllif: Nemət

Oxşar xəbərlər