30 Avqust 2022 13:29
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada müharibə zonasında vəziyyət çox pisdir, ölkənin yeni yardıma ehtiyacı var. Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirləri Ukrayna hərbi qüvvələrinə təlim keçmək məsələsini müzakirə edəcəklər.

Teleqraf.com xəbər verir ki, bunu Aİ xarici siyasət xidmətinin rəhbəri Jozef Borrell deyib.

“Vəziyyət çox pis olaraq qalır. Ukraynanın bizim köməyimizə ehtiyacı var və biz ona hərbi dəstək verməyə davam edəcəyik. Eyni zamanda, nazirlər Ukrayna ordusunun hazırlanması üçün yüksək səviyyəli missiyanın yaradılması ideyasını müzakirə edəcəklər. Bunun daha effektli olması və Ukraynaya daha ciddi yardımın göstərilməsi üçün bu görüşdə müdafiə naziri Reznikov da iştirak edəcək”, - Borell bildirib.

Avropalı diplomat qeyd edib ki, Aİ ölkələri hələ müharibə başlamazdan əvvəl Ukrayna ordusuna təlim keçmək üçün missiyanın yaradılmasını müzakirə ediblər:

“Təlim missiyası ideyası köhnə fikirdir, bunu döyüşlər başlamazdan əvvəl müzakirə etmişdik, amma indi hərəkətə keçməyin vaxtıdır”.

Borrel Rusiyanın Aİ-nin Ukrayna ordusu üçün təlim missiyası yaratmasını müharibənin kəskinləşməsi kimi qiymətləndirəcəyini gözləmir:

“Belə düşünmürəm. Təbii ki, Rusiya bundan məmnun olmayacaq, amma böyük həcmdə hərbi yardım göstəririk. Necə ola bilər ki, silahla təmin edib, təlim keçirməyəsən?”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər