30 Avqust 2022 13:20
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alik Rıjıy kimi tanınan “qanuni oğru” Əli Heydərovun qətlində şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov Moskvada saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı “REN TV” yayıb.

Xatırladaq ki, kriminal avtoritet Əli Heydərov ötən ilin aprelində Moskvada fitnes klublardan birinin qarşısında güllələnib. Polis elə həmin gün qətli törədən Mətləb Sultanovu saxlayıb.

Qeyd edək ki, Namiq Səlifov kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) qardaşıdır. Nadir Səlifov 2020-ci ilin avqustunda Antalyada hotellərin birində başından güllələnərək qətlə yetirilib.

Nadir Səlifovun qətlindən sonra onun dəstəsinə Namiq Səlifov rəhbərlik edir. Namiq Səlifov kriminal aləmdə "Namik Bakinski" kimi tanınır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər