31 Avqust 2022 00:28
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan nə siyasi, nə iqtisadi, nə də hərbi olaraq bizim tayımız deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Eynən bir əsr əvvəl olduğu kimi bu gün də Yunanıstan istifadə edilir. Ölkəmizin vaxtını və enerjisini boşa sərf etdirməyə çalışanların niyyətini bilirik. Yunanıstan təyyarələrimizi təhdid edərək NATO və müttəfiqlərinə meydan oxudu. Amerika bizə vermədiyi F-35-ləri Yunanıstana bağışlayır. Bizə F-35 vermirlər, aldığımız müdafiə sistemlərinə görə bizi qınayırlar. Vecimizə də deyil. Bizə verilməyən hər məhsulu istehsal etmək qabiliyyətinə sahibik”, - deyə Ərdoğan bildirib.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər