31 Avqust 2022 14:31
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna qoşunları Rusiyanın nisbətən zəif möhkəmləndirilmiş müdafiəsindən istifadə edərək bəzi yerlərdə cəbhə xəttini irəli çəkə bilib”.

Teleqraf.com bildirir ki, bu barədə Britaniya həırbi kəşfiyyatı xəbər verir.

Qeyd olunur ki, buna cavab olaraq Rusiya Donbasdan bu ərazilərə bölmələr göndərməklə yaranmış boşluqları bağlamağa çalışacaq.

Rusiya komandanlığı həmçinin əks-hücum hərəkətlərindən əziyyət çəkən işğalçı qoşunları gücləndirməli olacaq.

Britaniya kəşfiyyatı artıq qismən Zaporojye istiqamətinə köçürülmüş üçüncü ordu korpusu haqqında da məlumat verib. Hərbçilər Rusiya Federasiyasının bu yaxınlarda yaradılmış batalyonlarının effektivliyinə şübhə ilə yanaşırlar.

“Üçüncü ordu korpusunda, çox güman ki, kifayət qədər şəxsi heyət yoxdur və qoşunların təlimləri məhduddur” – Britaniya hərbi kəşfiyyatı qeyd edir.


Müəllif: Nemət

Oxşar xəbərlər