“Rus ordusu hücumu bərpa etmək məqsədi ilə Zaporojye istiqamətində yenidən qruplaşır”.
Teleqraf.com bildirir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib.
“Zaporojye istiqamətində düşmən tank, raket və lüləli artilleriyadan istifadə edərək təmas xətti boyunca atəşə tutub. Ruslar Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki 3-cü Ordu Korpusunun birləşmə və hissələrini yenidən qruplaşdırır. Müəyyən edilmiş istiqamətdə hücumun bərpası baş verə bilər”, - məlumatda deyilir.
Baş Qərargahın məlumatında həmçinin qeyd olunub ki, rusların Qara və Azov dənizləri akvatoriyasında hərbi dəniz qruplaşması mülki gəmilərin kəşfiyyatını və blokadasını davam etdirir: "Ukrayna ərazisinin dərinliklərində obyektlərə və infrastruktur elementlərinə raket zərbələri endirilməsi təhlükəsi davam edir".