31 Avqust 2022 12:04
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Avropanı parçalamaq niyyətində deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu doğru deyil. Biz parçalamağı hədəfləmirik. Bu, heç vaxt bizim məqsədimiz olmayıb. Məqsədimiz budur ki, sağlam düşüncə beynəlxalq münasibətlərə qayıtsın. Bunlar fərqli şeylərdir”, - diplomat qeyd edib.

Zaxarova Avropa İttifaqı üzvlərini Piter Brüqelin “Kor adamlar” tablosundakı “uçruma aparan, amma şübhə və etiraz bildirməyən, sual verməyən” obrazlarla müqayisə edib:

“Avropa İttifaqının sıralarında kimsə hazırda etdiklərinin nə qədər ağlabatan olması ilə bağlı sual versə, bəlkə bu "qürub"un qarşısını ala bilər. Bəlkə də bu fantaziya dünyasından reallığa qayıdış olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər