31 Avqust 2022 12:27
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə üçün böyük önəm kəsb edən 30 Avqust Zəfər bayramı münasibəti ilə NATO-nun rəsmi sosial şəbəkə hesabındakı paylaşımı Yunanıstanı ayağa qaldırıb.

Teleqraf.com xəbər verir ki, NATO Müttəfiq Quru Qoşunları Komandanlığı rəsmi Tvitter hesabında paylaşım edərək, Türkiyənin Zəfər bayramını təbrik edib və bununla bağlı foto paylaşıb.

Türk dilindəki paylaşımda “Zəfər bayramınız mübarək” qeydi yer alıb.

İngiliscə isə “Bu gün Türkiyənin müstəqilliyinin 100-cü ildönümüdür. Türk müttəfiqlərimizin yanındayıq və bu Zəfər bayramını onlarla birlikdə qeyd edirik” deyilib.

Yunanıstan mətbuatının NATO-nun paylaşımına reaksiyası kəskin olub. Yunanıstanın ən çox oxunan qəzetlərindən biri olan “Ta Nea” yazıb:

“İnanılmaz paylaşım. NATO bombalandı: 1922-ci ildə Türkiyənin Yunanıstan üzərində qələbəsini qeyd etdilər”.

Yunanca yayımlanan in.gr xəbər saytı da NATO-nun mesajına geniş yer ayırıb.


Müəllif: Mənsur Rəğbətoğlu