31 Avqust 2022 13:50
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tez-tez qəribə açıqlamaları ilə gündəmə gələn Türkiyənin Vətən partiyasının lideri Doğu Perinçək yeni çıxışı ilə gündəmdədir.

Teleqraf.com xəbər verir ki, partiya lideri bu dəfə özünü İslam peyğəmbəri Məhəmmədlə müqayisə edib.

Onun Vətən Partiyasının gəldiyi nöqtə ilə Məhəmməd peyğəmbərin dövrünü müqayisə etməsi kəskin etiraza səbəb olub.

Perinçək deyib:

“Həzrəti Məhəmməd Məkkədə təbliğat aparanda neçə nəfər ona beyət etdi? Həzrəti Məhəmmədə bir ildə cəmi 40 adam beyət etdi, bizim ətrafımızda isə ən azı 40 min insan toplandı. Biz həzrəti Məhəmməddən çox irəlidəyik. Atatürk Samsuna neçə nəfərlə getmişdi? Tarixin qələbə vəd etdiyi güc qədər böyük qüvvə yoxdur”.

Partiya liderinin açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Doğu Perinçək ötən günlərdə rusiyalı politoloq Aleksandr Duqinin qətlə yetirilən qızı Darya Duqina ilə bağlı səsləndirdiyi fikirlərə görə gündəmə gəlmişdi. O, Duqinanı “türk millətinin şəhidi” adlandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər