1 Sentyabr 2022 10:04
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin tədqiqatçıları bu yaxınlarda “delta” və “omikron” ştamları da daxil olmaqla, SARS-CoV-2 virusunun variantlarının sünbül zülalına qarşı mübarizə apara bilən nanomaterial hazırlayıblar.

Teleqraf.com “Sinxua” agentliyinə istinadla xəbər verir ki, “Nature Nanotechnology” elmi jurnalında dərc edilən araşdırmada mis, indium, fosfor və kükürddən hazırlanmış ultra nazik 2D kompozit nano vərəqin (CIPS) SARS-CoV-2 virusunun variantları ilə mübarizə aparmaq üçün yeni bir vasitə olduğu göstərilib.

Çin Elmlər Akademiyası (ÇEA) yanında Şençjen Qabaqcıl Texnologiyalar İnstitutu, Milli Nanoelm və Nanotexnologiya Mərkəzi, ÇEA nəzdində Yüksək Enerji Fizikası və Kunminq Zoologiya institutlarından olan tədqiqatçılar nanomaterial və onun antivirus mexanizmini hazırlayıblar.

Tədqiqata görə, CIPS SARS-CoV-2-nin, onun "delta" və "omikron" kimi variantlarının sünbül zülalına son dərəcə yüksək və seçici bağlanma qabiliyyəti nümayiş etdirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər