Almaniya Ukraynaya hərbi yardımı dayandırmaq qərarı verib.
Teleqraf.com xəbər verir ki, Almaniya müdafiə naziri Kristin Lambrext artıq bu ölkəyə silah yardımının edilməsinin mümkün olmadığını bildirib.
“Müdafiə naziri kimi etiraf etməliyəm ki, artıq Almaniya Silahlı Qüvvələri (Bundesver) Ukraynaya silah tədarükünün limitinə çatıb”, - Lambrext deyib.
Onun sözlərinə görə, milli müdafiəni təhlükəyə atmadan Ukraynaya gələcəkdə silah yardımı etmək mümkün olmayacaq.
Lambrext qeyd edib ki, Ukraynaya Almaniya Silahlı Qüvvələrinin ehtiyatlarından Rusiyaya qarşı müdafiə məqsədilə silah yardımı edilib.