1 Sentyabr 2022 16:29
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Ədalət Hərəkatı (PTI) partiyasının lideri, sabiq baş nazir İmran Xan ona qarşı irəli sürülən terror ittihamı ilə bağlı İslamabadda Terrorla Mübarizə Məhkəməsinə gedib.

Teleqraf.com xəbər verir ki, məhkəmə Xana verilən girovla sərbəst buraxılma qərarını sentyabrın 12-dək uzadıb və ondan buna görə 100 min Pakistan rupisi ödəməsi tələb edilib.

Bu o deməkdir ki, Xan sentyabrın 12-dək saxlanıla bilməz.

Avqustun 21-də sabiq baş nazirə qarşı Terrorla Mübarizə Qanununa uyğun olaraq “polisi və hakimi təhdid etmək” ittihamı ilə cinayət işi açılıb. Xanın hakim Ziba Çaudri, İslamabadın polis rəisi və onun müavinini hədələdiyi bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər