“Gün ərzində cənub istiqamətində ukraynalı müdafiəçilər rus işğalçılarının beş sursat anbarını məhv edib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” əməliyyat komandanlığının məlumatında deyilir.
“Cənub Bux istiqamətinin əməliyyat zonasında vəziyyət stabil mürəkkəb, lakin idarə oluna biləndir. Düşmənin ehtiyatlarının və idarəetmə məntəqələrinin məhv edilməsi, nəqliyyat marşrutlarının atəşə tutulması davam edir”, - məlumatda deyilir.
Əlavə olunur ki, rus ordusu ruhdan düşsə də, çıxılmaz vəziyyətdə müqavimət göstərir:
“Quruda müdafiəni qoruyub saxlamağa çalışan düşmən artilleriya və minaatan hücumlarını, eləcə də mövqelərimizə, dinc yaşayış məntəqələrinə, yerli sakinlərə hava və raket zərbələrini davam etdirir. Gün ərzində üç dəfə qırıcı və hücum təyyarələri raket zərbələri endirib”.
Məlumatda bildirilib ki, Ukrayna hava qüvvələri komanda və yardım məntəqələrinə, döyüş sursatı və yanacaq-sürtkü materialları olan anbarlara, maddi-texniki təminat və nəqliyyat obyektlərinə 18 zərbə endirib: “Raket və artilleriya bölmələri 9 idarəetmə məntəqəsi, 2 bərə keçidinə zərbələr endirib.
Antonovski, Kaxovski və Daryevski körpülərində yanğına nəzarət davam edir".
Rus qüvvələrinin 102 tüfəng, 6 tank, bir “Msta-B” haubitsı, “Qrad” reaktiv yaylım atəş sistemi, 8 ədəd 120 millimetrlik mobil minaatanı sıradan çıxarılıb. Baştan, Berislav və Xerson rayonlarında 5 silah-sursat anbarı məhv edilib.