ABŞ administrasiyası "Nvidia" və "AMD" şirkətlərinə süni intellekt tədqiqatlarında istifadə edilən qabaqcıl çiplərin Çin və Rusiyaya satışını dayandırmaq barədə göstəriş verib.
Teleqraf.com xəbər verir ki, "Nvidia"nın ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi izahatda hökumətin şirkətə A100 və H100 çiplərinin Çin və Rusiyaya ixracı üçün yeni lisenziya tələbinin tətbiq edildiyi barədə bildirib.
Sözügedən açıqlamada, yeni lisenziya tələbinin A100 və H100 çiplərini ehtiva edən bütün sistemləri əhatə etdiyinə diqqət çəkilib, hökumətin yeni tənzimləmənin məhsulların Çində hərbi məqsədlər üçün istifadə riskini hədəflədiyi qeyd edilib. .
Həmçinin bildirilib ki, yeni tənzimləmə Çinə planlaşdırılan təxminən 400 milyon dollarlıq satışı risk altına qoyur.
ABŞ-da yerləşən başqa bir çip istehsalçısı AMD inkişaf etmiş süni intellekt çiplərinin Çinə ixracının dayandırılması barədə hökumət rəsmiləri tərəfindən məlumatlandırıldıqlarını bildirib.
Digər tərəfdən, hər iki şirkət hazırda Rusiyaya heç bir məhsul satmadıqlarını vurğulayıblar.