2 Sentyabr 2022 08:29
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada rusiyalı milyarder Vyaçeslav Moşe Kantorun Sardiniyanın şimal-şərq sahillərində yerləşən 11 villasına həbs qoyulub.

Teleqraf.com xəbər verir ki, Avropa Şurası ilin əvvəlində onun Porto Rotondodakı aktivlərinin müsadirə edilməsi barədə göstəriş verib. Lakin İtaliyanın Maliyyə Qvardiyasının müstəntiqləri prosesi yalnız avqustda başa çatdıra biliblər.

Qeyd edilir ki, Porto Rotondodakı mülklər arasında əvvəllər İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ailəsinə məxsus villalar da var. Belə ki, “Primavera” villası 2012-ci ilə qədər Berluskoninin anasına, “Dolce Draqo” isə kiçik qardaşı Paoloya məxsus olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər