2 Sentyabr 2022 09:50
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Xarici İşlər Nazirliyi (XİN) İkinci Dünya Müharibəsində itkilərin ödənilməsi məsələsinin həll olunduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa mediası bildirir.

“Almaniya hökumətinin mövqeyi dəyişməzdir, təzminat məsələsi həll olunub. Polşa çoxdan, 1953-cü ildə əlavə təzminatlardan imtina edib və bu imtinanı bir neçə dəfə təsdiqləyib. Bu, hazırkı Avropa nizamının fundamental əsasıdır. Almaniya İkinci Dünya Müharibəsi ilə bağlı siyasi və mənəvi məsuliyyət daşıyır”, - XİN qeyd edib.

Xatırladaq ki, sentyabrın 1-də Polşada İkinci Dünya Müharibəsində Almaniyanın hücumu nəticəsində ölkəyə dəymiş hərbi itkilərin ödənilməsi barədə hesabat təqdim olunub. Polşa öz itkisini 6,2 trilyon zloti qiymətləndirir və gələcəkdə bu məbləği Almaniyadan tələb etməyi planlaşdırır.

Polşa Almaniya ilə dialoqda dəfələrlə İkinci Dünya Müharibəsinə görə kompensasiyaların ödənilməsi məsələsini qaldırıb. Almaniya hökuməti isə təzminat məsələsinin bağlandığını vurğulayır.


Müəllif: Nemət

Oxşar xəbərlər