2 Sentyabr 2022 14:31
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın yeni nüvə sazişi ilə bağlı ABŞ-ın tələblərinə verdiyi cavablar ürəkaçan deyil”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, ABŞ İranın nüvə proqramı ilə əlaqədar Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə bağlı tələblərinə İrandan cavab alıb:

“İranın cavabını öyrənməyə çalışırıq. Demək olar ki, aldığımız cavablar heç də ürəkaçan deyil”.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, Tehran nüvə sazişinin bərpası ilə bağlı Vaşinqtonun təkliflərinə “konstruktiv cavab” göndərib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər