3 Sentyabr 2022 10:46
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Demokrat Partiyasının (SPD) keçmiş lideri Oskar Lafonten Almaniya hökumətinin xarici siyasətini tənqid edib.

Teleqraf.com xəbər verir ki, Rusiya-Ukrayna müharibəsindən danışan Lafonten bu böhranın 2014-cü ildə Kiyevdə ABŞ-ın dəstəklədiyi çevriliş nəticəsində hökumət dəyişikliyi ilə başladığını deyib:

“Ukraynadakı “Maydan” çevrilişi ilə ABŞ Rusiyanın təhlükəsizlik maraqlarına hörmət etmədiyini göstərdi”, - siyasətçi bildirib.

Lafonten alman hökumətinin ABŞ-ın xarici siyasətini “gözü bağlı” izlədiyini və Almaniyanın müstəqil ölkə olmadığını söyləyib:

“Almaniya müstəqil və suveren ölkə deyil. Ukraynadakı müharibəyə Amerikanın oyuncağı kimi yanaşır. ABŞ-ın tələbi ilə “Şimal Axını 2” dayandırıldı. Amerikanın işğalçı döyüş maşınının ən mühüm halqalarından biri olan NATO-nun Ramşteyn aviabazası da Almaniyadadır. Biz qətiyyən müstəqil dövlət deyilik, bu xarici siyasət ölkəmizə ziyan vurur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər