3 Sentyabr 2022 12:50
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Silahlı Qüvvələrinin B-52 strateji bombardmançı təyyarəsi Polşaya çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşçak məlumat verib.

“Polşa-Amerika əməkdaşlığı daha da güclənir. B-52 bombardmançı təyyarəsi bu gün Polşaya çatıb. NATO-nun şərq cinahını qorumaq üçün imkanlarımız artır”, - nazir bildirib.

B-52 səkkiz mühərrikli, uzaqmənzilli strateji bombardmançıdır. Təyyarə bir neçə ton müxtəlif növ adi yük, bomba, raket və nüvə silahı daşımaq gücündədir.

Son vaxtlar Amerika bombarmdançılarının Cənub-Şərqi Avropa üzərində uçuşlarının sayı artıb.

Polşa hökuməti bu ilin aprelində ölkənin NATO-nun nüvə silahlarına ev sahibliyi etməyə açıq olduğunu bildirib. Polşa hökumətinə görə, bu, Rusiyadan mümkün təhlükənin qarşısını almağa kömək edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər