3 Sentyabr 2022 14:55
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada Mühafizəkarlar Partiyasının yeni lideri və istefasından sonra Boris Consonu əvəz edəcək yeni baş nazir üçün səsvermə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qalibin adı sentyabrın 5-də elan olunacaq.

Kraliçanın təsdiqindən bir gün sonra yeni baş nazir vəzifəsinin icrasına başlayacaq. Bundan sonra Nazirlər Kabinetinin formalaşdırılmasına start veriləcək.

Yarışın iki namizəd arasında keçdiyi bildirilib - Britaniya xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak arasında.

Məlumata görə, Sunak parlamentdə önəmli dəstəyə malik olsa da, Trassun ümumilikdə Mühafizəkarlar Partiyasının üzvləri arasında daha çox tərəfdarı var.

Bukmeker kontorları da öz növbəsində Xarici İşlər Nazirliyinin rəhbərinin qələbəsinə 95, eks-maliyyə nazirinə isə 5 faiz verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər