3 Sentyabr 2022 18:20
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayeva BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi təyin olunub.

Teleqraf.com xəbər verir ki, yeni təyinatı təşkilatın baş katibi Antonio Quterreş elan edib.

Otunbayeva BMT-nin Əfqanıstandakı siyasi missiyasının rəhbəri vəzifəsində kanadalı Debora Lyonu əvəzləyib. Sabiq prezident BMT-nin humanitar əməliyyatlarına və Talibanla qarşılıqlı fəaliyyətinə cavabdeh olacaq.

Roza Otunbayeva 2010-2011-ci illərdə Qırğızıstan prezidenti vəzifəsini tutub, üç müddətə xarici işlər naziri, parlament üzvü və baş nazirin müavini olub. Həmçinin Qırğızıstanın ABŞ və Böyük Britaniyadakı səfiri kimi fəaliyyət göstərib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər