4 Sentyabr 2022 10:22
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada artan enerji problemləri fonunda İsveç ağır maliyyə böhranı ilə üzləşmək riski daşıyır.

Teleqraf.com xəbər verir ki, bunu Krallığın Baş naziri Maqdalena Anderson jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

Onun sözlərinə görə, əgər İsveç hökuməti fəaliyyətsizliyini davam etdirsə, onda ölkə qısa müddət ərzində son bir neçə ilin ən güclü maliyyə böhranı ilə üzləşə bilər.

"Ən pis halda, biz maliyyə böhranına düşə bilərik", - o deyib.

Bundan əlavə, hökumət başçısı vurğulayıb ki, İsveç hakimiyyəti Avropa qitəsində enerji böhranı fonunda ölkənin öz təsərrüfatlarını dəstəksiz qoymayacaq.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər