4 Sentyabr 2022 20:57
2 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya daha enerjidaşıyıcılarının etibarlı tədarükçüsü deyil", - Almaniya kansleri Olaf Şolts bu sözləri həyəcanla səsləndirib. Buna bir bax! Yenə də bizdən inciyib".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev özünün "Telegram-kanal"ında yazıb.

Bundan sonra Medvedyev Rusiya ilə Almaniya arasında münasibətlərin durumunu "bəndlər üzrə" təsvir edib.

"Almaniya: a) dost olmayan ölkədir; b) Rusiyanın bütün iqtisadiyyatına və vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib; c) Ukraynaya - bizim Silahlı Qüvvələrimizə qarşı ölümcül silah tədarük edir.

Başqa sözlə desək, Rusiyaya hibrid müharibəsi elan edib.

Deməli, Almaniya Rusiyanın düşməni kimi hərəkət edir", - Medvedyev bəyan edib:

"İndi bu "dayı" təəccüb edir ki, almanlarda qazla bağlı hansısa xirda problemlər var. Uşaq lətifəsində olduğu kimi, onlar hələ də mənim burnumu qurdalamağıma görə dalaşırlar".

Avqustun sonunda rusiyalı məmur energetika böhranı ilə əlaqədar bəyan edib ki, Almaniyada yuyunmaq üçün suyu qızdırmağa təkcə Olaf Şoltsun imkanı var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər