ABŞ, Böyük Britaniya və Fransa da daxil olmaqla 27 ölkə qoşunlarının iştirak etdiyi “Sürətli aslan” kod adlı hərbi manevrlər bazar günü İordaniyada start götürüb.
Teleqraf.com xəbər verir ki, krallığın silahlı qüvvələrinin qərargahının bəyanatına görə, təlimlər sentyabrın 4-dən 15-dək İordaniya Silahlı Qüvvələrinin poliqonlarında, həmçinin Kralın xüsusi əməliyyatları üzrə təlim mərkəzində keçiriləcək.
Qeyd olunur ki, manevr ssenariləri ən təhlükəli təhdidlər, ilk növbədə terrorçuluq, kütləvi qırğın silahlarından istifadə imkanları nəzərə alınmaqla hazırlanıb və hərbi əməliyyatların real şəraitinə mümkün qədər yaxın olacaq.
Çoxtərəfli təlimlərə müxtəlif quru və dəniz silahları, həmçinin Hərbi Hava Qüvvələri cəlb ediləcək.
Manevrlərdə iştirak edən hərbi kontingentin sayı barədə məlumat verilmir.