ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İordaniya və 28 ölkə ilə iki həftəlik hərbi təlimlərə başladıqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, 4-15 sentyabr tarixlərində keçiriləcək təlimlərin regionun ən böyük hərbi təlimlərindən birini olduğu bildirilib.
CENTCOM-un açıqlamasında bildirilib ki, təlimlərin məqsədi hərbi təcrübə mübadiləsi və tərəfdaş ölkələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir.
Çoxtərəfli təlimlərdə ABŞ-dan 1700, İordaniyadan 2200, həmçinin 28 digər ölkədən 591 hərbçinin iştirak etdiyi deyilib.
Təlimlər CENTCOM-un regiondakı ən güclü və etibarlı tərəfdaşlarından biri olan İordaniya Silahlı Qüvvələri ilə ABŞ arasındakı hərbi əlaqələrin ən mühüm hadisəsi hesab olunur.