Türkiyə Milli Müdafiə Nazirliyi "Pəncə-Kilit Əməliyyat" bölgəsində helikopterin qəzaya uğradığını, helikopterdə olan 7 nəfərin xilas edildiyini, şəxsi heyətin axtarışlarının davam etdirildiyini bildirib.
Teleqraf.com xəbər verir ki, nazirliyin “Twitter” hesabında yayılan məlumatda belə qeyd olunub.
Vurğulanıb ki, 4 sentyabr 2022-ci il saat 23:45 radələrində texniki səbəblərdən təchizat əməliyyatı zamanı “Skorsky” tipli helikopter “Pəncə-Kilit Əməliyyatı” bölgəsində sərt eniş etməli olub və qəzaya uğrayıb.
Helikopterdə olan 8 nəfərdən 7-si xilas edilib. Onların səhhəti yaxşıdır.
"Bölgədə bir əməkdaşımızın axtarış-xilasetmə işləri davam edir",- Nazirlik qeyd edib.