İsraillə diplomatik yaxınlaşmadan sonra Türkiyənin TCG “Kamalrəis” hərbi gəmisi Hayfa limanında lövbər salıb.
Teleqraf.com xəbər verir ki, “Kamalrəis” freqatı NATO missiyası çərçivəsində bölgədədir.
Onu Amerikanın USS “Forrest Sherman” esminesi müşayiət edib, gəmilərin bir neçə gün limanda gözləyəcəyi gözlənilir.
İsrail mətbuatında yer alan xəbərə görə, “Kamalrəis” 2010-cu ildən bəri İsrailə yanaşan ilk Türk hərbi gəmisi olub.
İsrail ordusunun bəyanatında deyilir: “Gəmilərin yanaşması İsrailin NATO ilə əməkdaşlığının və dəstəyinin bir hissəsidir".
İsrail mənbələri pasportları olmadığı üçün sahilə çıxmayan türk dənizçilərindən belə bir tələbin olmadığını bildirib.