5 Sentyabr 2022 15:03
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Federal Kəşfiyyat Xidməti (BND) Ukraynaya müharibə elan edən Rusiya Prezidenti Vladimir Putinin iddiaların əksinə olaraq, yaxın gələcəkdə hakimiyyətini itirə biləcəyinə dair heç bir əlamətin olmadığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə BND-in direktoru Bruno Kalın açıqlamasında deyilir.

Kal Almaniya mətbuatına açıqlamasında kəşfiyyat xidmətinin əldə etdiyi məlumatları paylaşıb. Bu kəşfiyyat məlumatına görə, Ukraynada müharibə tezliklə bitməyəcək və Kiyevdə rəhbərlik dəyişikliyi olmayacaq.

Bununla yanaşı, Kal Putinin yaxın gələcəkdə hakimiyyətini itirəcəyinə dair heç bir əlamət görmədiklərini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər