5 Sentyabr 2022 20:20
1 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Lizz Trass Boris Consonun istefasından sonra Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın baş naziri seçilib.

Teleqraf.com xəbər verir ki, Britaniyanın üçüncü qadın baş nazirinin Türkiyə də daxil olmaqla bir sıra ölkələrlə bağlı səsləndirdiyi fikirlər diqqət çəkir.

“The Times”ın məlumatına görə, Liz Trzss bu yaxınlarda parlament üzvləri ilə görüşündə qaçqın böhranını həll etmək üçün Ruanda ilə razılaşmanı genişləndirmək istədiyini söyləyib. Nəşr bildirir ki, Trass görüşdə təxminən 4 milyon suriyalı qaçqına ev sahibliyi edən Türkiyə ilə Britaniyadakı qaçqınlara qapısını açması üçün danışıqlara başlamaq istədiyini deyib.

Trassa yaxın mənbə Türkiyənin onun potensial olaraq nəzərdən keçirə biləcəyi ölkə olduğunu təsdiqləyib. “The Times”a danışan mənbə “Türklərin buna hazır olub-olmaması başqa məsələdir” deyib.

Mühafizəkar deputat Kristofer Çopun dediyinə görə, Trass bu yaxınlarda ona Türkiyə və İspaniya kimi ölkələrlə Ruanda ilə oxşar müqavilələr bağlamağı planlaşdırdığını söyləyib. Çop İspaniya ilə müqavilə ehtimalını rədd edib, amma Türkiyə ilə razılaşmanın real ehtimal olduğunu iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər