5 Sentyabr 2022 23:13
1 728
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda polis məcburi hicaba etiraz edən çoxlu sayda qadını saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Əxlaq Polisinin sözçüsü Əli Xanməhəmmədi məlumat verib.

O, bu qadınların ölkədə hicaba qarşı aparılan kampaniyanın təşkilatçıları olduğunu söyləyib.

Xanməhəmmədi bildirib ki, İranın təhlükəsizlik və kəşfiyyat orqanları insanları hicaba qarşı mübarizəyə çağıran 300 qadını saxlayıb.

İranın “Fars” xəbər agentliyi ölkədə hicaba qarşı mübarizənin “yeni dalğa”sının baş qaldırdığını iddia edib. Mənbə ölkənin təhlükəsizlik orqanlarının buna qarşı tədbirlərini güclündirməsinə də diqqət çəkib.

İranda əvvəllər məcburi hicaba etiraz edən onlarla qadın həbs edilib. Mühafizəkarların ötən il hakimiyyətə gəlməsindən sonra qadınlara qarşı rejimin daha da sərtləşdirildiyi bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər