5 Dekabr 2014 22:57
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hərbçiləri artıq Donetsk aeroportunun köhnə terminalını tərk edıblər. Bununla yanaşı, antiterror qüvvələri hava limanının özü üzərində nəzarəti qoruyub saxlaya biliblər.

Teleqraf. xəbər verir ki, bu barədə Ukrayna hərbiyyəsinin nümayəndəsi deyib.

"Köhnə terminalda hərbçilərimizin müdafiəsi üçün mövqeləri qurmaq imkanının olmadığına görə, onlar həmin ərazini tərk ediblər. Demək olar ki, köhnə terminal artıq yoxdur”, - BBC Ukrayna Xidmətinə danışan Aleksey Dmitraşkovski qeyd edib.

Son aylar ərzində Donetsk aeroportu şiddətli döyüşlərin səhnəsinə çevrilib.

Bundan əvvəl Ukrayna prezidenti Petro Poroşenko Donbas bölgəsində “süküt rejim”inin elan edildiyini bildirib. Bu addım ölkənin şərqindəki separatçılarla əldə olunmuş və tez-tez pozulan atəşkəsə dəstək məqsədilə atılır.

Sentyabrda Ukrayna hökumətilə separatçılar arasında imzalanan atəşkəsə rəğmən şiddətli toqquşmaların arası tam kəsilməyib. BMT son 3 ayda davam edən qarşıdurmada minədən çox adamın öldürüldüyünü bildirib.


Müəllif:

Oxşar xəbərlər