6 Sentyabr 2022 01:43
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kabildəki səfirliyində baş verən partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Reuters yaraqlıların “Telegram” kanlındakı bəyanatına istinadən məlumat yayıb.

“Taliban”ın müvəqqəti hökumətinin xarici işlər naziri Əmir Xan Möttəki Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı hücumu araşdıracağına söz vermişdi.

Xatırladaq ki, ötən gün Rusiyanın Kabildəki səfirliyində səhər saatlarında partlayış baş verib.

Hücum nəticəsində iki əməkdaş həlak olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər