“Ən pessimist ssenariyə görə, Ukraynada müharibə gələn ilin yayında bitə bilər. Bununla belə, daha optimist variantları nəzərdən keçirməyə dəyər”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Bu gün ən pessimist hesablamaya görə, müharibə gələn ilin yayında bitə bilər. Çünki silahların göndərilməsi tempi çox aşağıdır. Bu gün bəzi əks-hücumlar həyata keçiririk, amma lazımi silahlarımız olmadığı üçün böyük əks-hücum keçirə bilmirik. Bizə verilən silahlar əks-hücum əməliyyatı keçirəcək və düşməni 1991-ci il sərhədlərinə qədər darmadağın edəcək yeni ordu yaratmaq üçün lazım olan həcmdə deyil”, - ekspert vurğulayıb.
Jdanov xatırladıb ki, ABŞ analitikləri Xerson vilayətinin bir neçə həftə və ya aya azad ediləcəyini proqnozlaşdırırlar. Ekspert əlavə edib ki, Ukrayna ordusu qışa qədər əməliyyat xətlərində genişmiqyaslı əks-hücuma keçsə, bunun nəticələri də yaxşı ola bilər. Onun qənaətinə görə, tezliklə lazım olan silahlar təmin edilsə, noyabrın əvvəlində Baş Qərargah əks-hücum üçün briqada dəstələri formalaşdıracaq.
“Bununla belə, müharibənin bitmə vaxtı ilə bağlı daha optimist proqnozlar var. Ortamüddətli proqnoza görə, Ukrayna tezliklə silah alacaq və Rusiyanın müdafiəsi indi göründüyü qədər güclü olmayacaq. Daha yaxşı proqnoz da var, amma bunu indiki halda qeyri-real hesab edirəm. Bu proqnoz odur ki, Putinə bir şey olarsa və ya Rusiyada siyasi rejim dəyişiərsə, onda müharibə bir neçə günə də bitə bilər. Nəticədə ordu ruhdan düşəcək və yeni rəhbərlik qoşunların Ukraynadan çıxarılmasını əmr edə bilər. Amma bütün hallarda biz onları sərhədlərə qədər qovacağıq”, - Jdanov bildirib.
Ekspert müharibənin sonu ilə bağlı iki proqnozuna inanmağa meylli olduğunu vurğulayıb: nikbin - 2023-cü ilin yazının əvvəli, pessimist - 2023-cü ilin yayıb.