6 Sentyabr 2022 13:03
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kəşfiyyatının Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hesabatına görə, silah-sursatı tükənməyə başlayan Moskva Şimali Koreyadan top mərmiləri və raketlər alır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti yazıb.

Nəşrin iddiasına görə, Rusiyanın Şimali Koreyaya silah-sursat üçün müraciət etməsi beynəlxalq sanksiyaların Moskvaya müharibəni davam etdirməkdə ciddi çətinliklər yaratdığını göstərir.

Hesabatda Rusiyanın Şimali Koreyadan milyonlarla artilleriya mərmisi, eləcə də raketlər aldığı bildirilib.

“Röyter”ə danışan ABŞ rəsmiləri xəbərin doğru olduğunu, Rusiyanın Şimali Koreyadan silah-sursat almağa davam edəcəyinin gözlənildiyini iddia ediblər. Bir ABŞ rəsmisi Rusiyanın ciddi silah-sursat çatışmazlığı olduğunu deyib.

“Vaşinqton Post” bundan əvvəl Rusiyanın İrandan çoxlu sayda dron aldığı, amma texniki nasazlıq səbəbindən bunların işə yaramadığını yazmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər