Rus ordusunun Krivı Roqa hücumu nəticəsində neft bazasında güclü yanğın başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Reznıçenko deyib:
“Krivı Roqa raket hücumu olunub. Neft bazasında güclü yanğın var. Hadisə yerində yanğınsöndürənlər işləyir. Dağıntıların miqyası və zərərçəkənlər barədə məlumatlar dəqiqləşdirilir”.
Qeyd edək ki, bu gün səhər saatlarında rus ordusu Krivı Roqa raket zərbələri endiriblər. Vətəndaşlara sığınacaqlarda qalmağa çağırılıb.
Sonradan məlum olub ki, Ukrayna Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında işğalçıların bir Ka-52 helikopterini və Xəzər dənizindən atılan altı yüksək dəqiqlikli raketdən beşini vurub.