İslandiyada 5,4 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanların episentri paytaxt Reykyavikdən 258 km şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.