6 Sentyabr 2022 16:09
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın federal kansleri Olaf Şolz Ukraynanın ağır silah tədarükü ilə bağlı müraciətlərini rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Welt” nəşri yazır.

Ukraynanın baş naziri Denis Şmıxal ötən həftəsonu Berlinə səfər edib. Nəşr qeyd edib ki, hökumət başçısı Şoltsla Ukrayna Silahlı Qüvvələrini müasir Alman “Leopard 2” tankları və ya ən azı köhnəlmiş “Leopard 1” ilə təchiz etmək barədə tamamilə konstruktiv danışıb.

“Ukrayna hökumət dairələrinə istinadən bildirir ki, irəliləyiş şansı azdır. Kansler “Leopard 2”nin tədarükü ilə bağlı heç bir öhdəlik götürməyib. Bununla bağlı Şolzla söhbət “ümumi və qeyri-müəyyən” idi və Kansler tanklarla bağlı mövqeyini dəyişmək istəmirdi”, - qəzet yazır.


Müəllif: Nemət

Oxşar xəbərlər