6 Dekabr 2014 02:21
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya sahillərində qeyri-qanuni mühacir daşıyan gəmi yarı batmış vəziyyətdə tapılıb.

Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Mərakeşin Nador şəhərindən çıxan qayığın göyərtəsində qadın və uşaqlar daxil olmaqla 57 nəfər olub.

Qəza nəticəsində 29 nəfərin itkin düşdüyü bildirilir, onlardan səkkizi uşaqlardır. İspaniyanın mülki qvardiya və xilasetmə xidməti qayığı Andalusiya vilayətində, Kabo de Qata şəhəri yaxınlığında aşkar edib.


Müəllif:

Oxşar xəbərlər