6 Sentyabr 2022 22:54
1 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrail İrandan gələn istənilən təhlükəni dayandırmağa hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Yair Lapid deyib.

“İran cəhdlərini davam etdirsə, İsrailin uzun əlini və indiyədək görmədiyi bacarıqlarını görəcək. Bizə zərər verənlərə qarşı hər cəbhədə mübarizəyə davam edəcəyik”, - baş nazir bildirib.

Lapid ABŞ Prezidenti Co Baydenin ölkəsinin özünü müdafiə etmək və İranın nüvə silahı əldə etməsi ehtimalını dayandırmaq məsələsində İsrailin əl-qolunu bağlamayacağını bildirdiyini söyləyib.

“İranın nifrətindən gələn şər qüvvələr təkcə İsraili, Yaxın Şərqin təhlükəsizliyini yox, qlobal nizamı təhdid edir. Bütün xalqları İrana və onun nüvə silahı hazırlamaq planlarına qarşı qətiyyətlə mübarizəyə çağırıram”, - İsrail baş naziri bildirib.

Həmçinin İsrail Prezidenti İshaq Hersoq da dünya xalqlarını İrana, onun nüvə ambisiyalarına və ölkəsini məhv etmək təhdidlərinə qarşı durmağa çağırıb:

“Hər gün başqa bir BMT üzvü olan dövləti məhv etməyə çağıran və özü BMT-yə üzv dövlətin kütləvi qırğın silahlarına malik olması sadəcə olaraq ağlasığmazdır. Holokostu inkar edən, nifrət püskürən və təcavüzkar addımlar atan, İsrailin mövcudluq hüququnu təhdid edən bir dövlət güzəştə layiq deyil”.

Hersoq deyib ki, İran terror, kədər və dağıntı yayan və dünyada hamını təhdid etməyə çalışan radikal qüvvələrin arxasındadır.

Prezident beynəlxalq ictimaiyyəti tarixin doğru tərəfində dayanmağa, açıq şərtlər qoymağa, şiddətli və vacib sanksiyalar tətbiq etməyə, İran ilə nüvə imkanları arasında keçilməz sədd yaratmağa çağırıb.

Hersoq söyləyib ki, bundan asılı olmayaraq, İsrail dövləti özünü müdafiə edəcək, ona və vətəndaşlarına qarşı ünvanlanmış təhdidlərə qarşı bütün vasitələrlə mübarizə aparacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər