ABŞ terorçuluqla mübarizədə Rusiya ilə bütün əlaqələri kəsib. Vaşinqton Moskvanı antiterror üzrə bütün beynəlxalq təşkilatlardan sıxışdırıb çıxarmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Yuri Kokov "rg.ru" saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, son illər terrorizmlə mübarizə Rusiya-Amerika münasibətlərindəki çətinliklərə baxmayaraq, kəşfiyyat orqanlarının praktiki qarşılıqlı fəaliyyət göstərdiyi nadir sahələrdən biri olub.
“Hazırda Birləşmiş Ştatlar bütün ikitərəfli əlaqələri kəsib və Rusiyanı bu sahədə formalaşmış beynəlxalq əməkdaşlıq formatlarından sıxışdırmağa çalışır”, - Kokov bildirib.