Moskvadan Ukraynanın Zaporojye şəhərinə uçan sərnişin təyyarəsi Xarkovun hava limanında qəza enişi edib.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarənin texniki nasazlıq səbəbindən məcburi eniş etdiyi bildirilir.
“Pilotların və aeroport əməkdaşlarının bacarığı sayəsində təyyarənin göyərtəsində olan 40 sərnişindən heç birisi xəsarət almayıb”, - Xarkov hava limanının mətbuat xidmətinin məlumatında qeyd edilib.