Böyük Britaniyanın yeni seçilmiş Baş naziri Liz Trass və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Tviterdə məlumat verib.
"Mən Britaniyanın yeni seçilən Baş naziri Liz Trassla telefon əlaqəsi saxlayan ilk xarici ölkə prezidenti oldum. Onu Ukraynaya dəvət etdim və ölkəmizə göstərilən əsas hərbi və iqtisadi yardıma görə Britaniya xalqına təşəkkürümü çatdırdım", - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Britaniya bu yardımları daha da gücləndirməyə hazır olduğunu bəyan edib.
Prezident deyib ki, telefon danışığı zamanı təhlükəsizlik zəmanəti məsələsi də müzakirə olunub.