Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, onu Belqradın Nikola Tesla Beynəlxalq Hava Limanında Serbiya Prezidenti Aleksandr Vuçiç, Serbiyanın Ankaradakı səfiri Zoran Markoviç, Türkiyənin Belqraddakı səfiri Hami Aksoy, Novi Pazardakı baş konsul Başar Başol və diplomatik nümayəndələr qarşılayıblar.
Xatırladaq ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinada səfərdə olub.