Rəsmi təmaslar üçün Ankaraya gələn hakim “Vahid Rusiya” partiyası ali şurası sədrinin müavini Andrey Klimov Türkiyə ilə aparılan S-400 danışıqlarında heç bir problem olmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, Klimov S-400 sistemlərinin ikinci partiyasının Türkiyəyə təhvil verilməsindən danışıb.
“Belə söhbətlər təmkin tələb edir. Bəzən söz-söhbət yarana bilər. Mən yalnız bir şeyi deyə bilərəm, S-400-lərlə bağlı heç bir problem yoxdur”, - Rusiya rəsmisi bildirib.
Klimov S-400-lərin müdafiə sistemi olduğunu vurğulayıb:
“Bu, üçüncü ölkələrə qarşı atılan addım deyil. Çünki S-400 müdafiə sistemidir. Məsələn, ABŞ-ın Yunanıstana satdığı təyyarələr fərqlidir. Bunlar hücum silahlarıdır”.