7 Sentyabr 2022 13:54
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri seçilən Liz Trass sosial şəbəkələrdə çoxsaylı təbriklər alıb.

Teleqraf.com xəbər verir ki, İsveç Baş naziri Maqdalena Andersson isə sosial şəbəkədə yanlış Liz Trassa təbrik mesajı göndərib.

Andersson Britaniyanın yeni baş naziri Liz Trass əvəzinə Liz Trasseli təbrik edib.

İsveç baş naziri Tvitter mesajında iki ölkə arasında dərin əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb.

Anderssonun adını işarələdiyi Trasseldən cavab gecikməyib:

“Sizinlə görüşmək üçün səbirsizlənirəm, küftələri hazırlayın”.

Paylaşım Tvitterdə on minlərlə “bəyən"mə toplayıb. İsveçin baş naziri öz səhvini anlayıb mesajını silən kimi paylaşımı sosial şəbəkələrdə məsxərəyə qoyulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər