2022-ci ilin sonuna qədər Ukrayna rusları fevralın 23-dək mövcud olan demarkasiya xəttindən kənara çıxara biləcək. Bu, bir şərtlə mümkün olacaq - bunun üçün lazım olan hər şey təmin olunarsa.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı general-leytenant Ben Hodces deyib.
Onun iddiasına görə, belə bir qrafiklə Rusiyanın işğal etdiyi Krım gələn il artıq Ukraynanın nəzarətinə keçəcək:
“Əminəm ki, rusların döyüşmək iradəsi yoxdur. Onlar ordu sıralarına qoşulmaqdan imtina edirlər. Nəticədə Kreml Şimali Koreyada, Afrikada, Suriyada ehtiyat axtarır. Hətta həbsxanalarda kimlərisə yazıq rus ordusunda döyüşməyə məcbur etməyə çalışırlar. Çünki insanlar bu cinayətin bir hissəsi olmaq istəmirlər. Bütün bunlar rusların zəiflədiyini və tükəndiyini deməyə əsas verir”.
Hodces əlavə edib ki, birlik və Ukraynaya hər cür dəstək qorunub saxlanılarsa, ruslar məğlub olacaqlar:
“Hiss edirəm ki, qarşıdakı bir neçə həftə ərzində ağır döyüşlərimiz olacaq və potensial olaraq rus qoşunları geri çəkiləcək. Tezliklə onların öz mövqelərini yaxşılaşdıra biləcəklərini görmürəm. Bununla belə, Ukraynaya lazım olan hər şeyi verməliyik”.